Əsas Səhifə > Güney Press > Ermənistanın COP29-da deməyə sözü yoxdur

Ermənistanın COP29-da deməyə sözü yoxdur


Bu gün, 19:00
Ermənistanın COP29-da deməyə sözü yoxdur
"Ermənistanın COP29-da deməyə sözü yoxdur. Çünki 30 illik işğal dövründə Ermənistan Azərbaycan ərazilərində maddi-mənəvi irsimizə, fauna və floramıza vurduğu ziyana görə qarşımızda məsuliyyət daşıyır".

Bu barədə "Sherg.az"a millət vəkili Rizvan Nəbiyev deyib.

Deputat bildirib ki, 2023-cü ilin yanvarında Azərbaycan tərəfi 1979-cu il Avropanın vəhşi təbiəti və təbii mühitin qorunması ilə bağlı Bern Konvensiya üzrə Ermənistana qarşı arbitraj qaydasında məhkəmə iddiası qaldırıb:

"Hələ 2022-ci ildə BMT-nin İnkişaf Proqramının nümayəndələri işğaldan azad edilmiş ərazilərimizdə olarkən sübut etmişdilər ki, qorunmalı olan fauna və flora növləri tələf edilmişdi. Bu gün Azərbaycanın 500-dək nadir heyvan növünün kökü kəsilmək üzrədir. Enerji resurslarımız da işğal illərində beynəlxalq hüquqa zidd olaraq talan və qarət edilib, qanunsuz daşınıb. Əgər Ermənistan Bakıda keçirilən COP29-da iştirak etmiş olsaydı, nəyi bəyan edəcəkdi?! Azərbaycana vurduğu ziyanı etiraf edəcəkdi, yaxud maliyyə öhdəliklərini qəbul edəcəkdi? Torpaqlarımızın 12 faizi 1.5 milyon ədəd mina və hərbi sursatlarla çirkləndirilib. 1991-ci ildən bu yana qurbanların sayı 4 minə qədər, 2020-ci ildən sonra isə 400-ə yaxındır. Belə şəraitdə Ermənistanın nüfuzlu platformada dünya ictimaiyyətinə deyəcək sözü yoxdur".
Geri qayıt