Əsas Səhifə > Güney Press > Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı

Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı


Bu gün, 10:51
Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan genişmiqyaslı istefaların səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.

“Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən geniş müzakirələri nəzərə alaraq bildirməyi zəruri hesab edirəm ki, mən bəzi yüksək vəzifəli şəxslərdən tutduqları vəzifələrdən getmələrini xahiş etmişəm.

Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil. Bu barədə onlara açıq şəkildə söyləmişəm.

Eyni zamanda, adları çəkilən tərəfdaşlarımızın dövlətçiliyimizin inkişafında xidmətlərini inkar edə bilmərəm və hər kəsə töhfələrinə və xahişimi başa düşdüklərinə görə təşəkkür edirəm”, deyə o, qeyd edib.

Geri qayıt