Əsas Səhifə > Güney Press > Bu məktəblərdə dərslər daha tez başlayacaq
Bu məktəblərdə dərslər daha tez başlayacaqBu gün, 11:15 |
Bakıda keçirilən COP29 tədbiri ilə əlaqədar məktəblərdə payız tətili bu həftə də davam edəcək. TNS xatırladır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq. Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə təhsil müəssisələrdə isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda noyabrın 12-dən 22-dək distant formada təhsilə keçid elan edilib. Qərar xüsusi təhsil müəssisələrinə şamil edilmir. Bayram və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində noyabrın 23-də, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə noyabrın 25-də olacaq. Qeyd edək ki, qeyri-iş günləri istisna olmaqla, COP 29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edir. Geri qayıt |