Əsas Səhifə > Güney Press > Abxaziyada gərginlik səngimir
Abxaziyada gərginlik səngimirBu gün, 11:25 |
Abxaziya “prezidenti administrasiyası” dövlət televiziyasını ələ keçirməyə cəhd göstərildiyi barədə məlumat yayıb. Teleqraf.com xəbər verir ki, Abxaziya “Dövlət Teleradio Şirkəti”nin binası yaxınlığında insident baş verib. Məlumata görə, əraziyə müxalifət qüvvələrini təmsil edən bir qrup şəxs yaxınlaşıb və onların məqsədi yayım üzərində nəzarəti ələ keçirmək olub. Qeyd edilir ki, mühafizəçilər bundan sonra xəbərdarlıq atəşi açıblar. “Bundan sonra vəziyyət sabitləşib, telekanal əməkdaşları öz işlərini adi rejimdə davam etdirirlər”, - məlumatda bildirilir. Geri qayıt |