Əsas Səhifə > Güney Press > Ermənistanın daxili işlər naziri istefa verib

Ermənistanın daxili işlər naziri istefa verib


Bu gün, 11:44
Ermənistanın daxili işlər naziri istefa verib
Ermənistanın daxili işlər naziri Vahe Kazaryan istefa verib.

"Report"un yerli KİV-lərə istinadən məlumatına görə, bunu qurumun mətbuat katibi Narek Sarqsyan bildirib.

Daha əvvəl Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan, Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və İstintaq Komitəsinin sədri Arqişti Karamyan istefa veriblər.

Geri qayıt