Əsas Səhifə > Güney Press > "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."

"Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."


Bu gün, 12:45
"Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
“Bu gün sosial şəbəkələr hər şeyi üstələyib, amma əsas olan zövq məsələsidir”.

Bu sözləri tanınmış aktrisa, Əməkdar artist Nahidə Orucova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa sosial şəbəkələrə nə qədər nə qədər çox maraq olsa da, insanların canlı ünsiyyət növü olan teatra olan marağını söndürə bilmədiyini bildirib:

“Doğrudur, bu gün sosial şəbəkələr hər şeyi üstələyib və televiziya, teatr və kinonu keçməyə çalışır, amma teatr canlı ünsiyyətdir. Heç bir sosial şəbəkə teatrı, eləcə də digər yaradıcı məkanları üstələyə bilməz. Yenə də teatrı sevən teatra, kinonu sevən kinoteatrlara gedir. Yəni bu zövqlə, intellekt səviyyəsi ilə ölçülür. Zövqü olan insan, təbii ki, canlı ünsiyyətdən imtina etməyəcək.

Mənim çalışdığım Musiqili Teatrda hər zaman tamaşaçı olub. Tamaşaçı qıtlığı hiss etməmişik. İstər tamaşalarımızın, istərsə də aktyor və aktrisaların pərəstişkarları gəlir, tamaşalara baxır və böyük məmnunluqla zövq alırlar. Dəfələrlə bizə deyirlər ki, yer hazırlayın, gəlib filan tamaşaya baxaq. Bu, hər bir yaradıcı insan üçün xoşbəxtlik deməkdir. Onu demək istəyirəm ki, yaxşı tamaşaların hər zaman tamaşaçısı olub”.

Geri qayıt