Əsas Səhifə > Güney Press > Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir

Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir


Bu gün, 17:00
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir
Baş nazir Nikol Paşinyanın ötən gün parlamentdə verdiyi bəyanatlar Ermənistan Respublikasının buraxıldığını və Müstəqillik Bəyannaməsinin ləğvini elan etmək demək idi. Bu barədə “Past” qəzetinin məqaləsində qeyd olunub. Nəşr yazır ki, bəyannamənin rədd edilməsi açıq şəkildə Bakının tələbinin qəbul olunduğu mənasına gəlir. Həmçinin qeyd edilib ki, Paşinyan son illərdə bəyannaməni dəfələrlə oxuduğunu və bu sənədin Ermənistanın mövcudluğunu şübhə altına aldığını dedi. O, bunu ermənilərin ən böyük problemi və faciəsi adlandırıb. Yəni baş nazir Ermənistan Konstitusiyasında bəyannamənin preambulasına istinadı silməyə çalışacaq, qərarı artıq verib. Bu, açıq şəkildə Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini yerinə yetirməkdir. Beləliklə, ötən gün Paşinyan sözügedən tələbi qəbul etdiyini açıqlamış oldu. Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürüb.

Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, bu Azərbaycanın kritik mövqeyindən qaynaqlanan bir yanaşmadır:

“Çünki Azərbaycan sülh müqaviləsinə mane olan şərtlər sırasında Ermənistanın Müstəqillik Bəyannaməsi və konstitusiyasının olduğunu bildirib. Ermənistan buna görə Konstitusiya Məhkəməsinin yekun konstision şərhini əldə etdi. Hətta Nikol Paşinyan açıqlama verdi ki, bu qərar Azərbaycanla münasibətlərdə ərazi iddiasını özündə əks etdirmir. Amma Ermənistan Müsəqillik Bəyyannaməsini qəbul etdikdə qondarma rejimin ona birləşməsiylə bağlı yekun aktı da qəbul edib. Əsas problem bundan ibarətdir. Ona görə də Nikol Paşinyanın dedikləri həqiqətə uyğun deyil. Ermənistan sülhə uyğun addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir”.

Geri qayıt