Əsas Səhifə > Güney Press > “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək”

“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək”


Dünən, 21:09
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək”
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald ermənipərəst senator Tramp Tulsi Qabbardı ABŞ Milli Kəşfiyyatının direktoru təyin edəcəyini bildirib. Bu təyinat Ermənistana nə qazandıra bilər?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, istənilən ölkənin daxili və xarici siyasətinin prioritetlərini birinci şəxs müəyyənləşdirir. Digər rəsmi şəxslər isə üzərlərinə düşən vəzifələri icra edirlər.

Deputat qeyd edib ki, ermənipərəst senator Tulsi Qabbardın bu vəzifəyə təyin olunması, mövqeyi artıq elə bir əhəmiyyət daşımır: “Əsas məsələ ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın aparacağı siyasi kursdur. Trampın təyin etdiyi kadrlar ilk növbədə onun verdiyi tapşırıqları yerinə yetirəcək. Digər tərəfdən, hansısa bir kadr vaxtilə Ermənistanı müdafiə edibsə, bu, o demək deyil ki, yenə eyni mövqedən çıxış edəcək. Azərbaycan öz suverenliyini, müstəqilliyini tam təmin edəndən sonra bizim əleyhimizə olan qüvvələr mövqeyini dəyişdi”.

Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycan hər zaman ABŞ ilə yaxşı münasibətlər qurmağa səy göstərib və qarşı tərəfdən də müsbət cavablar alıb: “ABŞ-Azərbaycan münasibətləriini pozmağa çalışanlar isə ilk növbədə öz ölkəsinin maraqlarına ziyan vurmuş olurlar. Donald Trampın birinci hakimiyyəti dövründə ölkələrimizin münasibətləri yaxşı olub. Ümid edirəm ki, bu münasibətlər yeni dövrün tələblərinə uyğun olaraq daha da yaxşı olacaq”.
Geri qayıt