Əsas Səhifə > Güney Press > Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi

Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi


Bu gün, 12:59
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi
Ermənistanın Baş naziri Nikol Paşinyanın feysbuk sosial şəbəkəsində hesabının yeni örtük fotosu ictimaiyyətdə müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, baş nazir ölkənin ən hündür zirvəsi adlandırdığı Araqats (Alagöz) dağını və Ermənistan xəritəsini paylaşıb.

Örtük fotosunda “Budur vətən, budur dövlət, budur çörək, budur dayandığımız yer”, – sözlərini qeyd edib.

Baş nazirin bir neçə gün öncə Araqats dağı ilə paylaşımının narazılığa səbəb olub. O, Ermənistanın ən yüksək dağının Ararat (Ağrı dağı), deyil Araqats olduğunu vurğulayıb. Paşinyan daha əvvəlki çıxışlarında Ağrı dağının Türkiyə məxsus olduğunu deyib, Ermənistanın gerbindən çıxarılmalı olduğunu, bunun türklərə qarşı ərazi iddiası hesab edilə biləcəyini qeyd edib. Bu fikri dəstəkləyərək etdiyi paylaşım nəticəsində ermənilər sosial şəbəkələrdə ona etiraz olaraq Ararat dağını paylaşmağa başlayıblar.

Baş nazirin etirazlardan sonra təkrar Araqats dağı ilə bağlı paylaşım etməsi, hətta bu dəfə Ermənistan xəritəsini də nəzərə çatdırmaqsı xüsusi diqqət çəkib.

Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi

Geri qayıt