Əsas Səhifə > Güney Press > "Bolt" gediş haqqını niyə ikiqat çıxır?

"Bolt" gediş haqqını niyə ikiqat çıxır?


Bu gün, 15:15
"Bolt" gediş haqqını niyə ikiqat çıxır?
Xəbər verildiyi kimi, "Bolt" taksi şirkəti ödənişi bank kartı vasitəsilə edən müştərilərin hesabından bir gediş üçün iki dəfə xidmət haqqı çıxır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bununla bağlı açıqlamasında bildirilir ki, taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.

Qeyd edilib ki, AYNA tərəfindən ciddi tədbirlər görüləcək.

Mövzu ilə bağlı TNS-ə danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, bank kartları ilə ödəniş zamanı bəzi texniki səbəblərdən məbləğ bir və ya bir neçə dəfə çıxa bilər.

Onun sözlərinə görə, belə hallar xarici ölkələrdən müxtəlif sifarişlər həyata keçirərkən, hər hansı xidmət icra edərkən də müşahidə olunur. Belə hallara əsasən, kiçik ödənişlərdə rast gəlinir: “Bu zaman ödəniş olunan mağazaya və ya online platformaya geri dönüş edib, balansdan çıxılan artıq məbləğə görə adiyyəti qurumu məlumatlandırıb və geri tələb etmək lazımdır. Belə hallar ölkə banklarının bəzi ödənişlərində də müşahidə olunmaqdadır.

Bank kartlarından məbləğin təkrar çıxarılmasına mobil ödənişlərdə və digər hallarda tez-tez rast gəlinir”.

Geri qayıt