Əsas Səhifə > Güney Press > Paşinyan revanşist rəqiblərini
Paşinyan revanşist rəqibləriniBu gün, 17:37 |
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi sabiq prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın sabiq rəisi Yuri Xaçaturovun növbəti iclasa məcburi qaydada gətirilməsi barədə qərar qəbul edib. Məhkəmə prosesi noyabrın 28-nə təyin olunub və Ermənistan Polisinə həmin şəxslərin iclasda iştirakını təmin etmək tapşırılıb. Noyabrın 15-də keçirilən məhkəmə iclasında adıçəkilən şəxslər iştirak etməyib. Yalnız keçmiş baş nazirin müavini və hazırda “Hayastan” blokundan olan deputat Armen Gevorqyan iclasda iştirak edib. Vəkillərin sözlərinə görə, təqsirləndirilən şəxslərin statusu rəsmi şəkildə qeyd olunmadığı üçün onların məhkəməyə gəlməsi məcburi hesab edilməyib. Məsələ ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Elşad Mirbəşiroğlu bildirib ki, məhkəmə 2008-ci ildə prezident seçkilərindən sonra müxalifətin etiraz aksiyasına qarşı iqtidar qüvvələri tərəfindən güc tətbiq edilməsi ilə bağlı başladılan cinayət işi ilə bağlıdır: "Həmin etirazçılara qarşı zor tətbiq edilən zaman 10 nəfər etirazçı həyatını itirmişdi. Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, Paşinyan hakimiyyətə gələndən sonra bu insanlara qarşı cinayət araşdırmaları başladılıdı. Təbii ki, əsas motiv təkcə 2008-ci ildə baş verən hadisələrlə bağlı deyil. Paşinyan hər şeydən öncə özünün siyasi opponentlərinə qarşı mübarizə aparır. Burada digər faktorların da mövcud olduğunu nəzərə almaq lazımdır. Paşinyan hakimiyyətə gəldiyi zaman Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi idi. Paşinyan KTMT-nin baş katibi statusunda olan Xaçaturova cinayət işi başlatdı. Beləliklə də, Xaçaturov Baş katiblikdən getməli oldu. Bu həm də Paşinyanın KTMT-yə qarşı demarşı idi. Burada elə Ermənistandaxili siyasi mübarizəsinin komponentləri də mövcuddur. Bu şəxslər keçmiş Qarabağ klanını, yəni separatçıları təmsil edən şəxslərdir. Onlar da yenə o amildən istifadə edərək özlərinin hakimiyyətlə bağlı ambisiyalarını həyata keçirmək istəyirlər". Politoloq söyləyib ki, bu hadisələri yalnız Ermənistandakı revanşistlərə qarşı mübarizə kimi qiymətləndirilməsi Paşinyanı məsuliyyətdən kənarda qoyur: "Yeri gələndə Paşinyanın özü də revanşist mövqe sərgiləyir. O, 2018-ci ildə hakimiyyətə gələndə Azərbaycana qarşı hətta sələflərindən də sərt mövqe nümayiş etdirirdi. Paşinyanın həmin dövrdəki müdafiə naziri olan Tonayan Azərbaycanın yeni ərazilərini də işğal etmək niyyətini gizlətmirdi. Bu baxımdan, biz baş verənlərin motivini obyektiv dəyərləndirməliyik. Paşinyan özünün siyasi opponentlərini sıradan çıxarmaqla məşğuldur. Amma Köçəryana, Ohanyana, Xaçaturova münasibətdə cinayət işi açılıbsa, bu, müvafiq olaraq, revanşistlərin mövqeyini zəiflədir. Revanşistlərin rəhbərlərinə qarşı belə məhkəmə təqibləri onların diqqətini özlərinin müdafiəsinə yönləndirir. Bu, yaxşı haldır. Amma Ermənistanda çox ciddi daxili siyasi narazılıqlar mövcuddur. Paşinyanın keçmiş siyasi rəhbərliyə qarşı münasibəti də daxili siyasi mübarizənin göstəriciləridir. Nəzərə almaq lazımdır ki, mübarizə bundan sonra uzun zaman davam edəcək. Ermənistan vaxtilə həyata keçirdiyi işğalçılıq siyasətinin girovluğunda qalacaq. Çünki baş verənlər hakimiyyət uğrunda mübarizə aləti kimi, siyasi qüvvələr tərəfindən bir-birilərinə qarşı istifadə ediləcək". Geri qayıt |