Əsas Səhifə > Güney Press > İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıbBu gün, 18:00 |
Yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan “Mənim addımım” Fondunun Himayəçilər Şurasının sədri vəzifəsini tərk edib. Bizimyol.info xəbər verir ki, fondun mətbuat xidmətindən verilən məlumata görə, onun yerini “Mənim addımım” fraksiyasının deputatı Lena Nazaryan tutub. Bunun ardınca Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan da Qəyyumlar Şurasını tərk edib. Bildirilir ki, hər iki məmur yüksək dövlət vəzifələrində işlədikləri üçün fonddan getməyə məcbur olublar. Artıq fondun fəaliyyətində bundan əvvəl də dəyişikliklər olub. Bu ilin martında Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bu vəzifədə Mxitar Ayrapetyanı əvəz edərək fondun icraçı direktoru vəzifəsinə təyin edilib. Daha sonra Qəyyumlar Şurasının sədri vəzifəsini icra edib. “Mənim addımım” fondu 2018-ci ilin iyununda, məxməri inqilabdan qısa müddət sonra Anna Aakobyan tərəfindən yaradılıb. 2023-cü ilin mart ayına qədər o, fondun Qəyyumlar Şurasına rəhbərlik edib. Geri qayıt |