Əsas Səhifə > Güney Press > COP29-da danışıqlar heç də asan keçməyib

COP29-da danışıqlar heç də asan keçməyib


Bu gün, 10:40
COP29-da danışıqlar heç də asan keçməyib
İqlim böhranı dövrümüzün ən böyük təhlükəsizlik problemidir.

APA xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” platformasında bildirib.

İqlim böhranının sərhəd tanımadığını vurğulayan nazirin sözlərinə görə, qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq üçün hamı əlindən gələni etməlidir.

“İndiyə qədər COP29-da danışıqlar heç də asan keçməyib. Dünya birliyi olaraq birlikdə çalışmağımız daha əhəmiyyətlidir. Biz Bakıda qitələr arasında iqlim koalisiyalarının yaradılması üzərində işləyirik. Ancaq birlikdə irəliləyə bilərik”, - Berbok qeyd edib.

XİN rəhbəri əlavə edib ki, Avropa, o cümlədən Almaniya qlobal iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsində etibarlı tərəfdaş olaraq qalır.

Geri qayıt