Əsas Səhifə > Güney Press > Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş

Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş


Dünən, 18:11
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

"DİA-AZ" qafqazinfo.az-a istinadən xəbər verir ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-na-Amure şəhərində dəfn edilib.

Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb.

Hərbçinin nəşi 2 ay sonra ailəsinə təhvil verilib.

Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş

Geri qayıt