Əsas Səhifə > Güney Press, Partiya > "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər"
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər"Bu gün, 10:27 |
"İrəvanda təbrizli azərbaycanlının döyülməsi və Ermənistan dövlət orqanları tərəfindən bu məsələyə münasibət bildirliməməsi çoxlu suallar yaradır. Ermənilər türkü özünün düşməni hesab edirlər". Bu gün Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, ona görə də Azərbaycan vətəndaşı olmayan azərbaycanlıların da Ermənistana getməsi təhlükəlidir: "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər. Amma təəssüf ki, bunun əksi baş verir. Yəni İran azərbaycanlıları öz soydaşının müdafiəsinə qalxıb etirazlarını bildirmirlər. Lakin azərbaycanlını türk olduğuna görə döyülməsi digər iranlı azərbaycanlılar üçün də dərs olmalıdır. Bu məsələni cənubi azərbaycanlılar İran dövləti qarşısına qaldırmalıdır. Yəni məsələnin üstündən sükutla keçirsə gələcəkdə İrandan İrevana gələcək azərbaycanlıların təhlükəsizliyi ilə bağlı böyük problemlər yaranacaqdır". Deputat vurğulayıb ki, ermənilər azərbaycanlıları tarixən öz-özünü düşmənləri hesab edirlər: "Ona görə də 80-ci illərin sonlarında Qərbi Azərbaycanda yaşayan 250 min azərbaycanlı deportasiya olundu. Ermənistan bu gün monoetnik dövlətdir. Biz sülhdən və birgə yaşayışdan danışsaq da onlar bizimlə birgə yaşamayacaqlar. Ermənilər azərbaycanlılara qarşı öz çirkin niyyətlərini ifadə etmək üçün fürsət axtarırlar. Əllərinə fürsət düşən kimi düşmənçiliyi davam etdirirlər. Ona görə də iranlı azərbaycanlılar Ermənistana səfər edəndə yaxşı düşünməlidirlər. Biz isə hər zaman öz üstünlüyümüzü qoruyub saxlamalıyıq və erməniyə başını qaldırmağına imkan verməməliyik". Geri qayıt |