Əsas Səhifə > Güney Press > AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcəkBu gün, 10:30 |
Bakı şəhərinin küçə və prospektlərində quraşdırılmış qoruyucu tumba və məhəccərlərdə mövcud nasazlıqların aradan qaldırılması və onların yenidən boyanması işlərinə başlanılır. İqtisadiyyat.az-ın xəbərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı hazırlıqlara start verib. Belə ki, qurum sözügedən işlərin icrasını “Var Construction” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, tumba və məhəccərlərdə mövcud nasazlıqların aradan qaldırılması və onların yenidən boyanması işləri 1 189 646,5 manata başa gələcək. Geri qayıt |