Əsas Səhifə > Güney Press > “2 gün mən, 2 gün də saxta həkimlər...”

“2 gün mən, 2 gün də saxta həkimlər...”


Bu gün, 16:06
“2 gün mən, 2 gün də saxta həkimlər...”
Saxta həkimlərə qarşı genişmiqyaslı hücuma keçən ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın instaqram hesabı bir həftənin içində ikinci dəfə bağlanıb.

"DİA-AZ" xəbər verir ki, “shownews.az”-a açıqlama verən jurnalist narahat olmadığını bildirib:

“2-3 günlükdür. 2 gün mən, 2 gün də qoy saxta həkimlər istirahət etsin. Mən missiyamdan dönməyəcəyəm. Yenə başlayacağam, yenə davam edəcəyəm”.

Qeyd edək ki, saxta həkimləri ifşa edən jurnalistin sosial media hesablarına hücumlar olunur.

Geri qayıt