Əsas Səhifə > Güney Press > Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək

Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək


Dünən, 17:29
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək. Lakin Moskva ümid edir ki, İrəvan gec-tez bu təşkilatla əməkdaşlığını bərpa edəcək.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Ermənistan iştirak etməyəcək, lakin onun nümayəndələri əvvəlcədən bildiriblər ki, sammitdə müvafiq razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyillər. Biz erməni tərəfdaşlarımızın təşkilatın gələcək işi ilə bağlı öz kurslarını müstəqil müəyyən etmək hüququnu şübhə altına almırıq", - o qeyd edib.

Geri qayıt