Əsas Səhifə > Güney Press > Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər

Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər


Dünən, 18:08
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Rusiyanın dondurulmuş aktivlərinin təxminən 300 (üç yüz) milyard dolları Ukraynaya silah alınması və Rusiya hücumu səbəbindən qələbə üçün verilə bilər.

Reyting.az xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Natali Loiseau deyib.

Onun sözlərinə görə, bu məbləğ - Rusiya Ukraynaya ödəməkdən imtina edərsə, ona kompensasiya kimi də hesablana bilər.

Loiseau qeyd edib ki, bu, hüquqi nöqteyi-nəzərdən açıq-aydın təcavüz aktına cavab olaraq verilən hüquqi qərardır və maliyyə baxımından bu tədbirin həyata keçirilməsi üçün bir neçə variant var.

Deputat deyib ki, belə bir təşəbbüslə G7 ölkələrinin (İtaliya, Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa və Yaponiya) liderləri çıxış edə bilər. O, bu qərarın mütləq bazarda makro-maliyyə qeyri-sabitliyinə gətirib çıxarmayacağını vurğulayıb.

Loiseau izah edib ki, dondurulmuş aktivlər Ukraynanın döyüş meydanında üstünlüyünün bərpasına kömək edəcək və bu yolla Kiyev güclü mövqedən danışıqlar apara biləcək.

Geri qayıt