Əsas Səhifə > Güney Press > Siyavuş Novruzov HAQLIDIR, AMMA...
Siyavuş Novruzov HAQLIDIR, AMMA...Dünən, 18:09 |
“Məşğullluq İdarəsindən işsiz şəxslərə xəstə heyvanlar verirlər. O heyvanlar qapıdan həyətə çatana qədər və ya 3 gün yaşayırlar. Bunlara, heç olmasa, bir illik zəmanət verin, 3 aylıq da yemlə təmin edin. İnsanlar bunu kefdən almırlar ki?” Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputata etiraz edərək araşdırılmamış məlumatların verilməməsini qeyd edib: “Xahiş edirəm, araşdırılmamış məlumat verilməsin. Təqdim olunan heyvanlarla bağlı videolar çəkilir, onların bütün sertifikatları təqdim olunur”. Geri qayıt |