Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ziya Məmmədova ŞOK ZƏRBƏ - Sərnişindaşıma biznesi onun oğlundan alındı

Ziya Məmmədova ŞOK ZƏRBƏ - Sərnişindaşıma biznesi onun oğlundan alındı


14-04-2014, 15:01
Ziya Məmmədova ŞOK ZƏRBƏ - Sərnişindaşıma biznesi onun oğlundan alındı
DİA.AZ: - Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yaradılması haqqında qərar verib.

DİA.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, qərara əsasən “BakuBus” MMC-nin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə həmin Cəmiyyətə Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılacaq.

Maliyyə Nazirliyinə həmin vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nəqliyyat Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etmək tapşırılıb. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada “BakuBus” MMC-nin nizamnaməsinin təsdiq edilməsini, dövlət qeydiyyatına alınmasını və icra orqanlarının yaradılmasını təmin etsin və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədilə avtonəqliyyat parkları (qarajları) üçün yerin ayrılmasını 1 ay müddətində təşkil etsin.

Bildirək ki, bu qərar əslindən ən gəlirli sahələrdən olan sərnişindaşıma biznesinin nəqliyyat naziri Ziya Məmmədovdan alınması anlamına gəlir. DİA.AZ xatırladır ki, bu günə qədər sözügedən sahədə əsas şəriksiz lider Ziya Məmmədovun oğlu Anar Məmmədov idi...

Onu da qeyd edək ki, az əvvəl Ziya Məmmədovun "vurulacağı" haqda informasiyanı diqqətinizə təqdim etmişdik.

Geri qayıt