Əsas Səhifə > Güney Press > "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi

"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi


Bu gün, 16:40
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi
"Yelo Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

"DİA-AZ" "Report"a istinadən xəbər verir ki, bankın Bərdə filialının mütəxəssisi Əkbər Müşfiq Şükür oğlu 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.

Bildirilib ki, o, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirib.

Ə.Müşfiq bu işdə bankın əməkdaşı olmayan tanışı Cahangir Əsədov əlbir olduğu qeyd edilib. Onların ikisi də Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.

Antikorrupsiya idarəsi istintaqı bitirərək işi hüquqi qiymət verilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib.

Geri qayıt