Əsas Səhifə > Güney Press > Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alırBu gün, 11:36 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi Məmmədov Mehman Rza oğlu olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, nazirlik Mehman Məmmədovdan Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələri üçün Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı olmaqla cəmi 20 ədəd mənzil alacaq. Nazirlik satın alacağı 20 mənzil üçün Mehman Məmmədova 1 milyon 204 min 640 manat ödəyəcək. Bir ədəd mənzilin orta qiyməti 60 min 232 manat təşkil edir. Geri qayıt |