Əsas Səhifə > Güney Press > Azərbaycanda əsas seysmik zonalar:
Azərbaycanda əsas seysmik zonalar:Bu gün, 17:54 |
Xəbər verdiyimiz kimi, dünən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib. Belə ki, xəritə Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın "Lawrence Livermore" Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunub. Bəs təqdim olunan bu xəritədə ən yüksək təhlükə hansı ərazilərdədir? O ərazilərdə gələcəkdə əhalinin köçürülməsi nəzərdə tutula bilər? Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, indi dünya bu cür yeni metodlarla işləyir. Onun sözlərinə görə, ötən gün “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirildi: "Dünya məhz bu metodları əsas götürür. Seysmik təhlükə xəritəsi ən müasir proqramlar əsasında baza məlumatları ilə kataloq yenilənməsini təşkil etdik. Artıq dünyada intesivlik xəritəsi bal ilə işlənmir. Burada əsas quruntunun maksimal sürəti və yerdəyişməsidir. Burada da dalğanın periodları var ki, ona uyğun təcil spektrlərinə görə 2, 5, 10 %-li ehtimal olan seysmik təhlükə xəritəsini qurmuşuq. Sadaladığım o parametrlər hamısı ayrı-ayrı bölgələr üzrə nəzərə alınır. Hazırda Kanadanın Viktoriya Universiteti, ABŞ-ın "Lawrence Livermore" Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu ilə seysmik təhlükənin müşahidələri əsasında bu xəritənin qurduq. İndi onu çapa verəcəyik”. O bildirib ki, bu xəritə əsasında ölkədə “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın səmərəliliyi baxımında müsbət olacaq: “Məhz burada söhbət tikintidən gedir, seysmik təhlükəli ərazidən getmir. Yəni əksinə tikinti zamanı riski azaltmaqdan gedir. Məsələ burasındadır ki, yeni binalar yerindən asılı olaraq ya 8, ya da 9 bala uyğun tikilir. Yəni tikinti apararkən layihədə bu normativlərin hamısı nəzərə alınmalıdır. Bu xəritə əsasən tikinti normativlərinə üçün səmərəli olacaq. Binanı harada istəsək tikə bilərik, amma təbii ki, normativləri gözləmək şərtilə”. Qurban Yetirmişli qeyd edib ki, hazırda Azərbaycan seysmik aktiv bölgədə yerləşir: “Baxmayaraq ki, bəzi bölgələrdə - Şamaxıda, İsmayıllıda, Xəzərdə, Gəncəbasarda, Şəkidə, Zaqatala və s bölgələrdə seysmik aktivlik daha yüksəkdir. Bu ərazilərdə zəlzələnin gücü (maqnitudası) 7 və 7-dən yuxarıdır. Hətta Ağsuda, Göyçayda və Salyanda Oksford Universiteti ilə birgə apardığımız tədqiqatlar göstərir ki, qabaqlar bu ərazilərdə də güclü zəlzələlər olub". Geri qayıt |