Əsas Səhifə > Güney Press > "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..."

"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..."


Bu gün, 18:00
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..."
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə... Məncə qane etməlidir: “Soul emotional exchange “ burada niyə Allahdan uzaq qalasan? Yəni bir çox kitablar, qaydalar var ki, orada cinsi əlaqə zamanı zikr edə bilərsiz deyə deyilir. Ən azından 2 alimin adını çəkmək olar ki, onlar cinsi əlaqə zamanı zikr etməyi təsdiqləyir. Yəni kimdən nəyi gizlədirik?".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev dizayner Aynur Xəlilovanın yutub layihəsi olan "Hərşeyşünas"da deyib. Sənətçi qadın-kişi mövzusundan bəhs edib:

"Yaradılış, yaradan var, mən nəyi gizlədirəm? Niyə gizlədirəm? Bunu ritual hesab etmirəm, bu, işin dediyim kimi “soul” tərəfi var. Yəni fizika tərəfindən baxsaq, bu olur heyvani instinq, amma bunun qəlbən olan tərəfi də var axı. Bizdə bu mövzu həmişə ayıb olub, qoyublar qırağa. Niyəsə bu hissdən utanırlar, amma həmin anda enerji partlaması olanda heç kim utanmır və utanmamalıdırlar. Bəs, o anda utanmadığınız şeyi danışanda niyə utanırsınız? Demirəm, bunu bar-bar bağırmaq lazımdır, amma bir şeydən ki, siz dünyaya gəlmisiniz bunun ayıb olduğunu niyə düşünürsünüz? Mənə bu abreviatura , yəni seks: Qəlblərin qarşılıqlı dəyişilməsi".

Kamran bildirib ki, kişilər heç vaxt qadınlarını müqəddəsləşdirmir:

"Düşünürsüz ki, Azərbaycan kişisi öz qadınını müqəddəsləşdirir? Mən belə düşünmürəm. Azərbaycan kişisi həyat yoldaşını müqəddəsləşdirsəydi nə dərdi? Azərbaycan kişisi daha çox özünü müqəddəsləşdirib. Evdəkilər... Səncə "evdəkilər" demək müqəddəsləşdirməkdi? Yəni sən bir insanın heç adını çəkmirsən. Adını çəkməyə-çəkməyə belə üzr istəyirsən. Çox istərdim bəylər öz xanımlarını müqəddəsləşdirsinlər, amma elə deyil, bu sadəcə qəlibləşdirmədir. Son hansı filmdə Azərbaycan qadınının mətbəxtə olmadığını görmüşük? Bu bir az da qadınların günahıdır, çünki buna qarşı bir az aktiv mübarizə aparmalısınız. Bu danışdıqlarımızı əxlaqsızlıq kimi düşünənlər özlərini, valideynlərini qəbul etməyən adamlardır. Onlar yəqin hacıleyləklə həyata gəliblər".

Geri qayıt