Əsas Səhifə > Güney Press > Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib


Dünən, 19:38
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan işgüzar səfər çərçivəsində Helsinkidə finlandiyalı həmkarı Elina Valtonen ilə görüşüb.

“Report” Ermənistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mirzoyan Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi kontekstində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyini vurğulayıb, həmçinin regional kommunikasiyaların açılması ilə bağlı Ermənistanın baxışını təqdim edib.

Geri qayıt