Əsas Səhifə > Güney Press > Aİ səfiri dezinformasiya yayır
Aİ səfiri dezinformasiya yayırBu gün, 11:43 |
Gürcüstanın hakim “Gürcü Azusu” partiyası Avropa İttifaqının ölkədəki səfiri Pavel Herçinskini dezinformasiya yaymaqda günahlandırıb. Teleqraf.com xəbər verir ki, partiya bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, P. Herçinskinin Gürcüstanın Avroatlantik inteqrasiya prosesini 4 il müddətinə dayandırması barədə sözləri həqiqətə uyğun deyil: “Gürcüstan hökuməti assosiasiya sazişinin icrasına ciddi əməl edəcəyini və 2028-ci ilə qədər bu sənədin 90 faizini yerinə yetirəcəyini qəti şəkildə bəyan edib”. Geri qayıt |