Əsas Səhifə > Güney Press, Partiya > Hüseyn Abdullayevin anası Prezidentə müraciət edib

Hüseyn Abdullayevin anası Prezidentə müraciət edib


5-12-2024, 09:29
Hüseyn Abdullayevin anası Prezidentə müraciət edib
Hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva prezident İlham Əliyevə müraciət edib.

Gununsesi.info bildirir ki, Zeynəb Abdullayeva öz müraciətində oğlunun səhhətinə diqqət çəkib.

O, Hüseyn Abdullayevin sağlıq durumunun ciddi olduğunu deyərək, ölkə başçısından humanist addım atmasını xahiş edib.

“Hüseynin durumu o qədər pisdir ki, o məhkəmə prosesində otura bilmir. Hər keçən gün onu ölümə aparır. Mən xahiş edirəm ki, onun Heydər Əliyev qarşısında, Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini dəyərləndirib onu azadlığa buraxsınlar “.

Oğlunun bir neçə ildir ki, həbsdə olduğunu xatırladan Zeynəb Abdullayeva heş olmasa bundan sonra ona humanistlik göstərilməsini xahiş edib:”Hüseynin elə durumdadır ki, azadlığa çıxa bilsin, neçə il lazımdır ki, özünü toparlasın. Həbsdə qalsa, onun həyatı təhlükədə olacaq”.

Geri qayıt