Əsas Səhifə > Güney Press > Meydan TV-nin əməkdaşlarının nədə ittiham olunduğu bilindi
Meydan TV-nin əməkdaşlarının nədə ittiham olunduğu bilindi7-12-2024, 10:08 |
Meydan TV-nin əməkdaşlarının nədə ittiham olunduğu məlum olub. "DİA-AZ" lent.az-a istinadən xəbər verir ki, saxlanılanların vəkilləri onların Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilindiklərini deyib. Ramin Cəbrayılzadəyə ( Ramin Deko) həmin maddə üzrə artıq ittiham elan olunub. Aysel Umudova, Aytac Tapdıq və Xəyalə Ağayevanın vəkilləri onların şübhəli şəxs qismində saxlanıldığını qeyd edib. Vəkil Cavad Cavadlı Aytac Tapdığın evində axtarış aparıldığını qeyd edib. Məlumata görə, saxlanılanlardan Aynur Elgünəş və Natiq Cavadlının da evində axtarış aparılıb. Lakin onların vəkilləri hələlik heç bir məlumat verməyib. Sosial şəbəkələrdə ictimai fəal Kamran Məmmədlinin də saxlanıldığı yazılıb. Qeyd edək ki, dünən Daxili İşlər Nazirliyi Ramin Dekonun ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldığını bildirib. Nazirlik məlumatın təsdiqini tapdığını bildirib. Sosial mediada isə Ramin Dekonun 38 min euro pul vəsaitini ölkəyə bəyan etmədən gətirmək istədiyi barədə məlumat yayılıb. Geri qayıt |