Əsas Səhifə > Güney Press > İqtidara yaxın gürcü iş adamı Kür çayı sahilində etirazçılara qarşı silah işlətdi...
İqtidara yaxın gürcü iş adamı Kür çayı sahilində etirazçılara qarşı silah işlətdi...7-12-2024, 10:22 |
“Gürcü Arzusu”na yaxın olan iş adamı David (Datuna) Mikadze bu gecə Rustaveli prospektində aksiyanın dağıdılmasından sonra Kür çayının sağ sahilinə enən bir qrup etirazçı ilə silahlı münaqişəyə girib. Moderator.az bu haqda "SOVA" nəşrinə istinadla xəbər verir. Hadisədən dərhal sonra insanlar internetdə hakimiyyətin "tituşka"larının(aşağıdakı izahata bax-S.L.) qondarma hücumu haqqında yazmağa başlayıblar. Lakin gürcü mediası bu adamın kimliyini tez müəyyənləşdirib. "Mtavari Arkhi" telekanalı onu “kriminal avtoritet” adlandırıb. "TV Pirveli"nin məlumatına görə isə, Mikadze həm də ölkənin keçmiş baş prokuroru Otar Partsxaladzenin (Rusiya "FSB" ilə əməkdaşlığa görə ABŞ tərəfindən "qara siyahı"ya salınmış Amerika sanksiyalarına məruz qalan şəxs) yaxın dostudur. Hadisə şahidlərinin sözlərinə görə, həmin şəxs zirehli yolsuzluq avtomobili ilə camaatın yanına gəlib və təxribat törədib. Videoda əlində odlu silah olan başqa bir kişi də görünüb. Onu Mikadzenin şəxsi mühafizəçisi hesab edirlər. Münaqişə zamanı o, əlini silahda saxlayaraq kütləni geri çəkilməyə vadar edib. "TV Pirveli"nin məlumatına görə, cangüdən Şimali Qafqazlı ola bilər. Sosial şəbəkələrdə onun Pankisi dərəsinin sakini olması versiyası da yayılıb. Zəruri izahat: "Tituşka"lar (ukrayınca) - 2013-cü ilin mayında Ukraynada yaranmış ümumiləşdirici termindir. Əsasən kütləvi etirazlar zamanı yerli hakimiyyət orqanları tərəfindən zorakı təxribatlar, davalar və fiziki gücdən istifadə etməklə digər hərəkətlər təşkil etmək üçün təhrikçi və muzdlu kimi gizli istifadə olunan gəncləri adlandırmaq üçün işlədilir. "Tituşka"ların fərqli xüsusiyyəti onların yerli hökumət strukturları tərəfindən dəstəklənməsi və nəticədə cəzasız qalmaları və hüquq-mühafizə orqanları tərəfindən himayə olunmalarına zəmanət verilməsidir... Geri qayıt |