Əsas Səhifə > Güney Press > Avropa İttifaqı ABŞ-dan Rusiyaya qarşı sanksiyanı yumşaltmağı tələb edir
Avropa İttifaqı ABŞ-dan Rusiyaya qarşı sanksiyanı yumşaltmağı tələb edir7-12-2024, 10:33 |
Avropa İttifaqı ABŞ-dan qaz tədarükü üçün əsas bank olan Rusiyanın "Qazprombank"-ına qarşı noyabr ayında tətbiq edilmiş sanksiyaları yumşaltmağın yollarını tapmağı xahiş edir. Reyting.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, Avropa İttifaqı Rusiya qazının saxlanmasında əsas rolu oynayan "Qazprombank"-a qarşı qəbul olunmuş sanksiyaları yumşaltmaq üçün ABŞ-a təzyiq etməyə başlayıb. Nəşr yazır ki, bəzi Avropa hökumətləri və şirkətləri bu məhdudiyyətlərin regionda tədarük üçün çox böyük risk yaradacağı barədə xəbərdarlıq etdikdən sonra Aİ və ABŞ sanksiyaların yumşaldılması barədə variantları və bunun miqyasını müzakirə etməyə qərar veriblər. Mənbələr bildiriblər ki, aparılan müzakirə mövzusu əsas ödənişlərin Lüksemburqda yerləşən, həmçinin "Qazprombank"-ın törəmə şirkəti sayılan biznes şəbəkəsinin vasitəsilə tamamilə beynəlxalq qanunlara uyğun həyata keçirilməli olub-olmaması və yaxud da digər bu cür şirkətlərdən, ya kanallardan istifadənin daha da yaxşı ola biləcəyi ilə bağlıdır. Məlumata görə, qapalı müzakirələr hətta dekabrın 5-də də, Vladimir Putinin qərarı ilə xarici alıcıların Rusiya qazının ödənişinin yalnız bir şirkət ilə, yəni ancaq "Qazprombank" vasitəsilə ödəməsi tələbini ləğv etdikdən sonra da davam edir. Nəşr yazır ki, Putinin fərmanı Avropanın qaz bazarını sakitləşdirməyə kömək etsə də, ödəmə sistemini çətinləşdirilib və bununla da maliyyə institutlarını hüquqi risklər barədə qeyri-müəyyən vəziyyətlə üzləşdirib. Xatırladaq ki, Rusiyanın "Qazprombank" şirkətinə qarşı sanksiyalar bu ilin noyabr ayının 21-i ABŞ-nın Maliyyə Nazirliyi tərəfindən tətbiq edilib. Geri qayıt |