Əsas Səhifə > Güney Press > Dünən günortayadək işdə olub...

Dünən günortayadək işdə olub...


7-12-2024, 13:03
Dünən günortayadək işdə olub...
Lerikdə vəzifəli şəxsin intiharı ilə bağlı təfərrüat məlum olub.

“Qafqazinfo” xəbər verir ki, ailəli və bir uşaq atası olan 30 yaşlı Şəfiq Şaiq oğlu Əliyev dünən günorta saatlarınadək sədri olduğu Kirəvud kənd İcra Nümayəndəliyində işdə olub.

Bundan sonra ondan xəbər almaq mümkün olmayıb və kənd üzrə axtarışa başlanılıb.

Axtarışa Kirəvud və ətrafdakı kəndlərin sakinləri qoşulub. Nəticədə Şəfiq Əliyevin avtomobilinin Boykənd kənd qəbiristanlığının girişində olması müəyyənləşib. Az sonra Ş.Əliyevin meyiti qəbiristanlıqdakı ağacların birində asılı halda tapılıb.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilən Şəfiq Əliyevin nəşi artıq ailəsinə təhvil verilib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Geri qayıt