Əsas Səhifə > Güney Press > Güzəştli mənzillər necə satılsın:
Güzəştli mənzillər necə satılsın:7-12-2024, 13:21 |
"35 saniyə ərzində güzəştli mənzillərin satışının bitməsi, tələb və təklif arasındakı böyük fərq bu məsələyə bir qədər daha ədalətli yanaşmanı zəruri edir. İnsanlara güzəştli mənzil fürsətinin yaradılması sözsüz ki, uğurlu və təqdirə layiq işdir". "Cebheinfo.az" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib. Lakin o qeyd edib ki, bu prosesin ən böyük çatışmayan tərəfi ev qazanmaq şansını insanların əl bacarıqlarına və istifadə etdikləri avadanlıqların texniki göstəricilərinin öhdəsinə və ya sosial həsassılqla heş bir əlaqəsi olmayan amillərin öhdəsinə buraxmaqdır: "Yəni bütün proses boyu sosial həssaslıq faktorları nəzərə alınan bir işin ən son həlledici məqamında bu sosial həssaslığın nəzərə alınmadan digər amillərin önə çıxmasını doğru hesab etmirəm. Əgər sual olunursa ki, məsələn, 10 müraciətçi və 3 mənzil varsa, bunu necə verək? Bununla bağlı bir dəfə ümumi yazmışdım. İndi isə konkret təkliflərimi yazmaq istəyirəm. Çox rahat şəkildə müraciətçilər arasında həssaslıq dərəcəsinin və ehtiyacların qiymətləndirilməsi üçün daha təkmil bir sistem yaradıla bilər. Şərti olaraq bunu, “Ehtiyac Qiymətləndirilməsi Sistemi” adlandıra bilərik. Bu sistem insanların həm həssaslı dərəcəsini, həm də evlərə olan ehtiyaclarının dərəcəsini qiymətləndirə və sıralaya bilər. İnsanın iki gözünu də bir-birindən fərqləndirmək olur. Dünyada tam bərabər heç nə yoxdur. Deməli, hər bir həssas qrup nümayəndəsi mütləq digərindən çox həssas və ya az həssasdır. Odur ki, avtomatlaşdırılmış bu sistem ən azı sosial həssaslıq dərəcəsi və ehtiyac dərəcəsi kimi 2 kritertiya üzrə qiymətləndirmə apara bilər. Məsələn, Şəhid ailəsi, müəllim, hərbiçi və digər kriteriyalar üzrə qiymətləndirə bilər. Amma əvvəlcə bu həssaslıq dərəcələri çoxdan aza doğru xüsusi dövlət komissiya tərəfindən kodlaşdırılaraq sıralanmalı və yaradılacaq avtomatlaşdırılmış sistem bu əsasdan formalaşmalıdır. Yəni, ayrı-ayrı indekslər yaradılır və bu indekslər ən ədalətli sıralamanı təmin edir". Ekspert bildirib ki, birinci növbədə sıralama prosesi həssaslıq dərəcəsinə görə aparılır: "Eynilik yaranacağı hallarda isə ikinci kriteriyadan istifadə edilməlidir. Bu kriteriya isə “Ehtiyac” kriteriyası olmalıdır. Bu kriteriya üzrə müraciətçinin yaşayış şəraiti, gəlirləri və digər sosial amilləri qiymətləndirilə və sıralana bilər. Tikilən binalar isə sistemin sıralaması əsasında paylana bilər. Şəffaflığın təmin edilməsi üçün isə mütləq bu sıralama bütün digər müraciətçilər üçün açıq olmalıdır. Amma bu zaman bir problem çıxa bilər. Daha az həssas hesab edilən qruplar sıralamada daim geridə qala və mənsizlərə sahiblənə bilməzlər. Bu problem həll etmək üçün isə Avtomatlaşdırılmış Sistem sıraladığı müraciətçiləri həm də qruplar daxilində sıralamalıdır. Bundan sonra mənzillər həmin qruplar arasında mütənasibliklə bölünməlidir. Məsələn, hər 100 mənzildən 30-u vətən müharibəsilə bağlı olan həssas qurplar üçün, 20-si müəllim qrupu üçün, 15-i dövlət qulluqçuları üçün və s. Yuxarıda yazdıqlarım mürəkkəb görünərsə, müraciət olunacağı təqdirdə təkliflərimi daha detallı şəkildə hazırlayaraq təqdim edə və prosesdə şəxsən iştirak edə bilərəm. Digər daha bir sadə, amma ədalətli variant da mövcuddur. O zaman ya xüsusi sistem lazım deyil, ya indeksləşdirmək. Sadəcə televiziyada xüsusi qurumların nümayəndələrdən ibarət komissiyanın iştirakı ilə canlı yayımda lotoreya vasitəsilə qaliblərin seçilməsi daha ədalətli olardı. O zaman hər kəsin qalib olma ehtimalı (şansı) bərabər olardı. Ehtimalların bərabər paylanması ədaləti də bərabər paylamış olar". Geri qayıt |