Əsas Səhifə > Güney Press, Reklam > Azercell-dən yeni “Fərdi paket” imkanı

Azercell-dən yeni “Fərdi paket” imkanı


16-04-2014, 10:27
Azercell-dən yeni “Fərdi paket” imkanı
Keyfiyyətli xidmət və etibarlı şəbəkə ilə yanaşı, ölkənin mobil rabitə bazarının lideri olan Azercell daim öz abunəçilərini sərfəli kampaniyalar,endirimli tarif paketləri və geniş sayda xidmətlərlə sevindirir. Şirkət bu günlərdə SimSim abunəçiləri üçün daha bir unikal xidmət istifadəyə verib. 15 apreldən etibarən təqdim olunan “Fərdi paket” xidməti abunəçiyə istədiyi həcmdə İnternet, SMS və MMS xidmət paketlərinin seçim imkanını yaradır. Fərdi paket xidmətindən yararlanmaq üçün abunəçi Azercell-in rəsmi internet səhifəsində yerləşən şəxsi kabinetdə qeydiyyatdan keçməlidir (www.azercell.com/ferdipaket). Şəxsi kabinetdən qeydiyyatdan keçməklə abunəçi istədiyi xidməti və eyni zamanda onun həcmini özü müəyyənləşdirə biləcək. Bu xidmətin üstünlüyü ondadır ki, abunəçi bir dəfəlik olaraq iki və daha çox xidmət paketi seçdikdə uyğun endirimə sahib olacaqdır. Eyni zamanda bu xidmətə qoşulmaqla abunəçi kabinetində yerləşən uyğun bölməyə daxil olaraq son 90 gün ərzində “Fərdi paket” xidmətindən olan bütün istifadə və əməliyyatların təfərrüatlı təsvirini görə bilər.

Bu yenilik Azercell abunəçilərinə maksimal dərəcədə müsbət müştəri təcrübəsi və şəffaflıq təmin etməklə yalnız bir əməliyyatın köməyi ilə seçimin həyata keçiriləcəyi anda müstəqil şəkildə məhz onlara gərəkli olan həcmdə xidmətləri seçməyə imkan verir.

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.

Geri qayıt