Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Daha bir oliqarx sıradan çıxarılır – Ziya Məmmədovun ən yaxın biznes ortağı - “Azal” şefi hədəfdə
Daha bir oliqarx sıradan çıxarılır – Ziya Məmmədovun ən yaxın biznes ortağı - “Azal” şefi hədəfdə16-04-2014, 13:48 |
DİA.AZ: - Uzun müddətdir ki, "Azal"a rəhbərlik edən Cahangir Əsgərovun vəzifədən kənarlaşdırılması gündəmə gəlib. Bu barədə DİA.AZ-a məlumat verən mənbənin sözlərinə görə, artıq “yuxarılar” Cahangir Əsgərovun "vurulmasına" razılıq verib. Məsələ ilə bağlı "Azal" prezidenti bir neçə dəfə dövlət başçısının qəbuluna düşmək üçün cəhd göstərib. Lakin bu cəhdlər fayda verməyib. Cahangir Əsgərovun "vurulması" məsələsinin gündəmə gəlməsinin səbəbləri barədə isə müxtəlif məlumatlar səslənir. Bəzi məlumatlara görə, "Azal" prezidenti Naxçıvan qruplaşması ilə konfliktə getdiyinə görə hədəfə gəlib. Başqa məlumatlarda isə deyilir ki, Cahangir Əsgərov "Boeing" tipli təyyarə maxinasiyalarında dövlətə külli miqdarda ziyan vurub. "Yuxarılar"da düşünürlər ki, Cahagir Əsgərov işi düzgün qura bilmədiyinə və "Azal" prezidenti Ziya Məmmədovla iş birliyi quraraq dövlət büdcəsini talayıblar. Bu gün isə Ziya Məmmədovun durumu kifayət qədər gərgindir və onun vəzifədən tək getməyəcəyi də şəkksizdir. Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Ziya Məmmədovla Cahangir Əsgərovun təyyarə biznesindən şəxsi büdcələrinə milyonlarla vəsaitin daxil olmasına özləri üçün şərait yaratdığı barədə məlumat yayılmışdı. Məlumatlarda bildirilirdi ki, təkcə “Boeing” şirkətindən hər alınan təyyarəyə görə, Ziya Məmmədovun “kassasına” külli miqdarda vəsait daxil olur. Kağız üzərində təyyarələrin qiyməti formal xarakter daşıyır. Burda Ziya Məmmədova şərik Cahangir Əsgərovun da adı çəkilir. Cahangir Əsgərovun ABŞ-ın "Boeing İnternational Corporation" şirkətinin Azərbaycan ofisinin vasitəsilə təyyarlərin alınmasında “misilsiz” xidmətləri var. “Boeing” tipli təyyarələrin alınması xüsusilə Azərbaycan hökümətinə uzunmüddətli kreditlər hesabına başa gəlir. Bank köçürmələrində isə milyonlarla vəsait mənimsənilir. "Azərbaycan Hava Yolları" Cəmiyyəti 2007-ci ildə "Boeing" korporasiyası ilə yeni 8 avialaynerin alınmasına dair saziş imzalayıb. Sənədə görə, "Boeing" "AzAL"a 2010-2011-ci illərdə 4 ədəd "B-737-900ER", 2 ədəd "B-767-300ER" və 2 ədəd "B-787-8" təyyarələri satmalı olub. Yeni təyyarələr Avropa, Asiya və Amerika qitələrinə uçuşu nəzərdə tutulub. "Azərbaycan Hava Yolları" birinci "Boeing 757-200" tipli təyyarəni 2000-ci ildə və 2000-2002-ci illərdə aviaşirkət cəmi 4 ədəd "Boeing 757-200" təyyarəsi alıb. Hər alınan təyyarələrdə isə Cahangir Əsgərovun payına milyonlar düşüb. Bir məlumatda isə deyilir ki, Cahangir Əsgərov "AST Telman" kimi tanınan iş adamı Telman İsmayılova görə qəzəbə düçar olub. Bildirilir ki, "Milyarderlər İtiffaqının" təmsilçisi olan Telman İsmayılovla Cahangir Əsgərovun isti münasibətləri var. "Azal" prezidentinin isə bu özfəaliyyəti "yuxarıların" xoşuna gəlməyib. Xatırladaq ki, Cahangir Əsgərov hələ "Azal"ın İstanbul təmsilçiliyinə rəhbərlik edən zaman qurumun sabiq prezidenti Ədalət Əliyev onun külli miqdarda yeyintiyə yol verdiyini üzə çıxarıb. "Azal"ın sabiq prezidenti buna görə Cahangir Əsgərovu cəzalandırmaq istəyib. Amma bu baş tutmayıb. "Canik" məsələni ört-basdır etməyə müvəffəq olub. Ədalət Əliyev isə bu qədər yeyintin ört-basdır edə bilməyəcəyini və bu barədə Heydər Əliyevə məruzə edəcəyini bildirib. Lakin bu məsələdə də "Azal"ın sabiq prezidentinə mane olunub. Ədalət Əliyev də yoxlamaların nəticələrini Respublika Prokurorluğuna göndərib. Bundan xəbər tutan Cahangir Əsgərov Ədalət Əliyevin yanına gələrək onu kabinetində təhqir edib. Səhəri gün isə Cahangir Əsgərov "Azal"ın prezidenti təyin edilib. Amma bu gün vəziyyət başqadır. Artıq hakimiyyət Cahangir Əsəgrova etimad göstərmir və onu işdən çıxarmaq qərarına gəlib. Geri qayıt |