Əsas Səhifə > Güney Press > Azərbaycanda ilk dəfə:

Azərbaycanda ilk dəfə:


Dünən, 00:02
Azərbaycanda ilk dəfə:
"Aqrarkredit” “Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının balansındakı aktiv üzrə borcun tələb hüququnun 28 dekabr 2024-cü il saat 16.00- da müsabiqə yolu ilə satışı keçiriləcək.

"DİA-AZ" xəbər verir ki, satılacaq əmlak barədə məlumatlar aşağıdakılardır:

Satışa çıxarılmış aktivin adı- Quba rayonunun Vəlvələ kəndində yerləşən əmlak kompleksi üzrə “Riyad-Farm” MMC-nin borcunun tələb hüququ,

İlkin satış qiyməti: 4,750,000.00 (dörd milyon yeddi yüz əlli min manat) manat.

Ərizə və sənədlərin qəbulunun başlanması və bitməsi tarixi- 23 dekabr 2024-cü il - 25 dekabr 2024-cü il.

Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı- 27 dekabr 2024-cü il saat 16.00-da.

Müsabiqənin keçirildiyi ünvan- AZ-1022 ,Bakı şəhəri ,S.Vurğun küçəsi 135.

Aktivn növü və parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydasına və müddətinə – 23 dekabr 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixədək, həftənin hər günü, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda baxılmalıdır.

Əlaqələndirici şəxs- Şahin Seyidov. Tel-050-235-99-90.

İddiaçılar qarşısında irəli sürülən şərtlər.

1. İddiaçı tərəfindən əmlakın dəyərinin 5% faizi həcmində beh məbləğinin ödənişi.

2. Müsabiqənin qalibinin əmlakın dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanəti.

3. Müsabiqənin qalibi hər hansı səbəbdən əmlakı almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.

4. Müsabiqə günü iddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsi müsabiqədə iştirak etməlidir.

5. İddiaçılar tərəfindən bağlı zərfdə təqdim edilmiş təkliflər bərabər olduqda həmin iddiaçılar yeni məbləği və əmlakın dəyərinin tam ödənilməsi müddəti göstərilməklə yenidən təklif təqdim etməlidirlər. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir.

6. İddiaçılar tərəfindən təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə açılacaqdır.

7. Müsabiqə zamanı təqdim edilən təkliflərdə göstərilən məbləğ, onun ödənilmə şərtləri və müddəti qiymətləndirilir və müsabiqənin keçirildiyi gün qalib elan olunur.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

-iddiaçının ərizəsi (iddiaçı özü və iddia etdiyi aktivin məlumatlarını tam əks etdirməklə):

-iddiaçının şəxsiyyətini təsdiq edən sənəd:

-təklif (bağlı və möhürlənmiş zərfdə ,qiymət rəqəmlə və sözlə göstərilməklə, onun ödənilmə şərtləri və müddəti):

-iddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz:

-iddiaçının müsabiqədə nümayəndəsi olduğu halda etibarnaməsinin və şəxsiyyəti təsdiq edən sənədin surəti.

Beh ödənilməsi üçün bank revizitləri:

Kod - 501587

VÖEN - 1300025711

SWIFT BIC - ACJTAZ22

Ünvan - AZ 1006, Bakı şəhəri, Qədirli küçəsi 125.

Mərkəzi Bankda müxbir hesab - AZ45NABZ 01350100000000035944

Beh məbləği köçürülür:

“Aqrarkredit” QSC-nin Maliyyə Departamentinin Əməliyyat Şöbəsi

Hesab - AZ67ACJT45019192794010094401

Geri qayıt