Əsas Səhifə > Güney Press > ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir

ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir


23-12-2024, 18:21
ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir
Türkiyə rəsmiləri Dəməşqə səfərlər edərək Suriyada hakimiyyəti ələ keçirmiş “Hayat Tahrir Şam” (HTŞ) lideri Əhməd Hüseyin eş-Şara (Colani) ilə görüşürlər. Əhməd eş-Şara bu görüşlərdə Suriyanın yenidən qurulmasında Türkiyənin rol almasında maraqlı olduğunu söyləyib. Ankara buna hazırdır, Suriyada infrastrukturun yenidən qurulmasında, siyasi sistemin formalaşmasında iştirak edəcək. Ancaq Ankara buna başlamadan əvvəl Suriyanın şimalında PKK/YPG-PYD terroruna son qoymalıdır. Türkiyə Suriyada bu terror təşkilatlarının varlığına son qoymadan qonşu ölkədə böyük layihələrə girişməyəcək. Bu Türkiyənin təbii haqqıdır. Fikrimcə, Ankara Suriyada PKK terroruna son qoymaqla bağlı “yol xəritəsi” üzərində çalışmalara başlayıb. Bir neçə variant var. Birincisi, PKK-ya bağlı güclər ya tərksilah olunacaq, ya da Suriya ərazisini tərk edəcəklər. İkinci variant odur ki, bu baş verməsə Türkiyə təkbaşına hərbi əməliyyata başlayacaq. Üçüncü variant Türkiyə Dəməşdqəki qüvvələrlə birgə PKK-ya qarşı mübarizəyə başlayacaq. Ancaq Ankara bu variantlardan birinə başlamadan əvvəl Vaşinqtonun Suriyada hansı siyasətə üstünlük verəcəyini müəyyənləşdirməyə çalışır. Çünki, Suriyada Əsəd rejiminin süqutuna baxmayaraq, ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir. Türkiyə Suriyada ABŞ-la üz-üzə qalmaq istəmir. Ona görə də Ankara 20 yanvarda ABŞ-da hakimiyyətə gələcək Donald Tramp administrasiyasını PKK-ya dəstəkdən imtinaya inandırmağa çalışacaq. Bütün hallarda Suriya ərazisində PKK\YPG-PYD varlığı uzun sürməyəcək.

Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt