Əsas Səhifə > Güney Press > Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır

Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır


Dünən, 09:32
Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır
Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan
mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Milli
Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2024-cü ilin Azərbaycan
idmanı üçün uğurlu il olduğunu bildirdi. Ölkə başçısı qeyd edib ki, 2024-cü il
də Azərbaycan idmanı üçün uğurlu olub. Azərbaycan idmançıları
beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil ediblər, yarışlarda 1700-ə
yaxın medal qazanılıb. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil
idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü
müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.
İlin ən böyük yarışı olan Yay Olimpiya Oyunlarında Azərbaycan
idmançları tarixi nəticə əldə ediblər. Azərbaycan müstəqil ölkə kimi 1996-cı
ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq
görülub, komanda hesabında ölkəmiz 30-cu yerdə qərarlaşıb. Bu, da
idmanımızın tarixində ən yüksək nəticədir. Bütövlükdə isə iki yüzdən çox
milli komandanın iştirak etdiyi Olimpiya Oyunlarında 30-cu olmaq çox
böyük nailiyyətdir.
Müsəlman ölkələri arasında isə Azərbaycan üçüncü yerə çıxmışdır.
Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və
tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla
yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə
qaldırmışdır.
Görüşdə qeyd edilib ki, Azərbaycan güclü dövlətdir, öz gücünə
əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi
olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə
gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir.
Ölkəmizin idman uğurlarını təmin edən əsas amillərdən biri müasir
standartlara cavab verən idman infrastrukturunun yaradılmasıdır. Bu vaxta
kimi bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi, son vaxtlar isə
Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul
olmaq üçün şərait yaradılıb. Bir sözlə, ölkəmizdə idmanla məşğul olmaq
üçün bütün imkanlar var. Bütün bunlarla yanaşı azad edilmiş ərazilərdə də
idman infrastrukturunun yaradılmasına başlanılıb.
İşğaldan azad edilmiş ərazilərdə həyat yenidən, sıfırdan qurulur. Bizim
icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də
olmayacaq. “Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, - hansı
ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, - yeni həyat qurulur, özü də
müasir, gözəl, rahat”, - deyə dövlətimizin başçısı əlavə edib.
Müşavirədə ildirilib ki, idmançılarımız Azərbaycan xalqını öz qələbələri
ilə daim sevindirirlər. Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın
inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin
siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində
aparılır.
Bütün bu işlərlə yanaşı azad edilmiş ərazilərdə bu il bir neçə
beynəlxalq idman yarışı da keçirilmişdir ki, bunun çox böyük tarixi
əhəmiyyəti vardır. Azad edilmiş ərazilərdə həyata keçirlən bərpa-quruculuq
işləri ilə yanaşı idman yarışlarının keçirilməsi həmin ərazilərə yeni həyatın
qayıtdığının göstəricisidir. Azərbaycan tarixi Zəfərə imza atmış ölkədir və
Zəfərimiz hər bir azərbaycanlı, hər bir vətəndaş, ümumilikdə bütün dünya
azərbaycanlıları üçün qürur mənbəyidir. İdmançılarımız da qalib xalqı
təmsil etdikləri üçün beynəlxalq yarışlarda daha qürurla və ədalətlə iştirak
edir, ölkəmizi layiqincə təmsil edirlər.
İdmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu qeyd edən
dövlətimizin başçısı deyib ki, xüsusilə gənc nəslin yetişdirilməsi,
vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox
böyük məna daşıyır.
Prezident İlham Əliyev mərasimdəki çıxışında gələn ildən Gəncə
şəhərində həyata keçiriləcək böyük təmir-bərpa işlərindən danışıb. O, deyib
ki, həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə
yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra
ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün
MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda,
tarixi simasını və müasirliyini təqdim etsin.
İdmana və idmançılara göstərilən dövlət qayğısı nəticəsində
Azərbaycan idmanı bundan sonra da inkişaf edəcək, davamlı qələblər
təmin olunacaqdır.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt