Əsas Səhifə > Güney Press > ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir

ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir


Dünən, 19:32
ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir
Minsk konfransının bütün strukturları - Minsk qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ məsələsinin həlli üzrə şəxsi nümayəndəsi vəzifəsi ləğv edilməlidir.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

“Müvafiq qərarların qəbul edilməsinin optimal yolu bu qurumların ləğvi ilə bağlı Bakı və İrəvanın birgə təklifidir”, - o bildirib.

Zaxarovanın sözlərinə görə, Minsk qrupunun həmsədrləri olan amerikalılar və fransalılar 2022-ci ilin fevralından rusiyalı həmkarları ilə əlaqəni kəsiblər. “Bundan sonra isə 2022-ci il oktyabrın 6-da Praqada keçirilmiş Azərbaycan-Ermənistan-Aİ-Fransa sammitinin yekununda Ermənistanın özü Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı”, - o söyləyib.

Rusiya XİN rəsmisi əlavə edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağ nizamlanması üzrə təsdiq edilmiş mandatı 2023-cü ilin sentyabrında yerlərdə vəziyyətin əsaslı şəkildə dəyişməsi ilə əlaqədar aktuallığını itirib.
Geri qayıt