Əsas Səhifə > Güney Press > İşçilərə mükafatlar hansı hallarda və hansı qaydada ödənilə bilər?

İşçilərə mükafatlar hansı hallarda və hansı qaydada ödənilə bilər?


Dünən, 08:52
İşçilərə mükafatlar hansı hallarda və hansı qaydada  ödənilə bilər?
İşçilərə ödənilən mükafatların növləri azalsa və ya nadir hallarda ödınilsədə AR-nın Əmək Məcəlləsi ilə işçilərin belə hüquqları da var:
AR Əmək Məcəlləsinə əsasən əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş qaydada işçinin gördüyü iş və ya xidmətlərə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən aylıq və ya gündəlik məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Əmək haqqının tərkibinə: aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə, işçi və ya işçilərin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
İşçiyə mükafat 4 halda ödənilə bilər: 1.Əmək müqaviləsində. 2. Kollektiv müqavilələrdə. 3. Müəssisənin daxili normativ xarakterli akt və sənədlərində nəzərdə tutulan hallarda. 4. Bu barədə İşəgötürənin könüllü iradəsi olduqda.
Işçilərə -mükafatların ödənilməsi bu hallarda məcburidir: Əmək müqaviləsində, Kollektiv müqavilələrdə, müəssisənin daxili normativ xarakterli aktlarında nəzərdə tutulan hallarda
Işçilərə - mükafatların ödənilməsi məcburi deyil, lşəgötürənin könüllü istəyi vəya iradəsi əsasında ödənildikdə.
İşçilərə - mükafatların aşağıda göstərilən növləri ödənilə bilər: gündəlik, aylıq, rüblük, illik, işin nəticələrinə və ya peşəkarlığa görə, əməyin mühafizəsi qaydalarına yüksək səviyyədə əməl edilməsinə görə və sair mükafatlar.
İşçilərə mükafatların verilməsi: müəssisənin maliyyə, iqtisadi və digər imkanları nəzərə alınmaqla və hər hansı bir məhdudiyyət qoyulmadan ödənilə bilər.
İşçilərin peşəkarlığı,işin yerinə yetirilməsində bilik və bacarığı istisna olmaqla, ayrı seçkilik hallarına yol verilməsi qadağandır.

Azər Quiyev
Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.link)

Geri qayıt