Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell” yeni tarif təqdim edib

“Bakcell” yeni tarif təqdim edib


17-04-2014, 16:09
“Bakcell” yeni tarif təqdim edib
“Bakcell” mobil operatoru abunəçiyə gündəlik istifadə olunan məbləğin yarısını növbəti gün geri qaytaran yeni tarif - GəlirliCİN tarifini təqdim edib.

Bu tarifə qoşulan “Bakcell” abunəçiləri hər gün balansdan ölkədaxili danışıq, SMS və MMS üçün istifadə etdikləri məbləğlin 50%-ni növbəti gün bonus şəklində geri alacaqlar. Beləliklə, hər gün sərf olunan məbləğin yarısı növbəti gün istifadə olunması üçün bonus şəklində geri qaytarılır. Abunəçilər bu tarifə görə aldıqları bonusları istənilən istiqamətdə ölkədaxili danışıqlar, SMS və MMS yollanmaq üçün istifadə edə bilərlər. Ölkədaxili istifadə üçün əlavə olunan bonusun istifadə müddəti 1 gün təşkil edir və hər gün abunəçi ötən günün sərfiyyatına uyğun yeni bonusunu alır.

“Bakcell” abunəçiləri *138*3#YES kodunu yığmaqla GəlirliCİN tarifinə qoşula bilərlər. Yeni abunəçilər nömrə aldıqları gün GəlirliCİN-ə pulsuz qoşula bilərlər.

Geri qayıt