Əsas Səhifə > Güney Press > Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar

Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar


26-12-2024, 13:09
Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar
Bu ilin noyabr ayında Azərbaycana gələn 140 min 382 nəfər əcnəbi turist burada 650 min 976 gecə keçiriblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ümumi gecələmələrin 32%-i və ya 208 min 274 gecə otellərdə və otel tipli obyektlərdə qalan turistlərin payına düşüb.
Məlumat üçün bildirək ki, turistlər ən çox Bakıda gecələyiblər. Otellərdə keçirilən ümumi gecələmələrin 86,5%-i və ya 180 min 258 gecə paytaxt Bakının payına düşüb. Turistlər ən az Şirvan şəhəri ilə Cəlilabad rayonundakı otellərdə gecələyib. Həm Şirvanda, həm də Cəlilabadda əcnəbi turistlər cəmi 5 gecə keçiriblər.
Onu da qeyd edək ki, işğaldan azad olunan rayonlar arasında yalnız Şuşadakı otellərdə əcnəbi turistlər gecələyib. Turistlər Şuşadakı otellərdə 57 gecə keçiriblər. Şuşada ən çox Türkiyə vətəndaşları gecələyiblər. Türkiyə vətəndaşları noyabr ayında Şuşadakı otellərdə, ümumilikdə, 40 gecə keçiriblər.
Noyabr ayında əcnəbi tursitlərin Azərbaycanın şəhər və rayonlarındakı otellərdə keçirdiyi gecələmələrin sayı aşağıdakı kimi olub:
Bakı şəhəri – 180 258 gecə;
Naftalan şəhəri – 9 725 gecə;
Qusar rayonu – 6 325 gecə;
Qəbələ rayonu – 4 425 gecə;
Quba rayonu – 2 725 gecə;
Şabran rayonu – 915 gecə;
Şamaxı rayonu – 825 gecə;
Lənkəran rayonu – 545 gecə;
İsmayıllı rayonu – 395 gecə;
Abşeron rayonu – 375 gecə;
Gəncə şəhəri – 375 gecə;
Sumqayıt şəhəri – 335 gecə;
Şəki rayonu – 235 gecə;
Naxçıvan MR – 215 gecə;
Qax rayonu – 125 gecə;
Ağcabədi rayonu – 85 gecə;
Şuşa rayonu – 57 gecə;
Xaçmaz rayonu – 57 gecə;
Zaqatala rayonu – 53 gecə;
Masallı rayonu – 52 gecə;
Balakən rayonu – 37 gecə;
Salyan rayonu – 33 gecə;
Astara rayonu – 25 gecə;
Kürdəmir rayonu – 17 gecə;
Mingəçevir şəhəri – 15 gecə;
Biləsuvar rayonu – 15 gecə;
Göyçay rayonu – 10 gecə;
Beyləqan rayonu – 10 gecə;
Şirvan şəhəri – 5 gecə;
Cəlilabad rayonu – 5 gecə.

Geri qayıt