Əsas Səhifə > Güney Press > Paşinyan Sankt-Peterburqa müavinini göndərib
Paşinyan Sankt-Peterburqa müavinini göndərib26-12-2024, 13:11 |
Ermənistanı Ali Avrasiya İqtisadi Şurasının iclasında baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək. Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Onun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına, Sankt-Peterburq şəhərinə gedib. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan da daxildir. Baş nazir Nikol Paşinyan koronavirusa yoluxduğunu əsas gətirərək, Rusiyaya getməkdən imtina edib. Son məlumata görə, Paşinyanın iclasa videobağlantı vasitəsilə qoşulacağı gözlənilir. Geri qayıt |