Əsas Səhifə > Güney Press > "Ekipaj üzvləri əllərindən gələni etdilər"
"Ekipaj üzvləri əllərindən gələni etdilər"26-12-2024, 15:18 |
“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb. Qəza nəticəsində həyatda qalanlardan biri də Heydər Qədirovdur. O, hazırda Qazaxıstanın xəstəxanasında müalivə alır və tezliklə Azərbaycana gətiriləcək. Heydər Modern.az-a açıqlamasında Qazaxıstan prokurorluğuna izahat verdiyini bildirib. "Sadəcə onu demək istərdim ki, Allah ekipaj üzvlərinə rəhmət eləsin. Ona görə ki, özləri ölsə də, sərnişinlərin yarısını sağ-salamat olması üçün əllərindən gələni etdilər", - o, qısa açıqlamasında deyib. Geri qayıt |