Əsas Səhifə > Güney Press > Hadrutun xarici elektrik təchizatı yenilənir

Hadrutun xarici elektrik təchizatı yenilənir


Dünən, 10:00
Hadrutun xarici elektrik təchizatı yenilənir
Xocavənd rayonunda 35 kV-luq elektrik veriliş xəttinin çəkilişinə başlanılır.
İqtisadiyyat.az xəbər verir ki, məqsəd Hadrut qəsəbəsinin xarici elektrik təchizatının təmin olunmasıdır.

1-ci mərhələdə transformator məntəqəsinin tikintisi nəzərdə tutulub.

“Azərişıq” sözügedən işlərin icrasını “Harmony İndustrial Construction and Engineering Group” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.

Beləliklə, Hadrutun xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi (1-ci mərhələdə tikiləcək transformator məntəqəsinə) işləri 696.490,2 manata başa gələcək.

Geri qayıt