Əsas Səhifə > Güney Press, Partiya > “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq
“Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaqDünən, 10:31 |
"Ötən gün Mərkəzi Bankın rəhbəri hörmətli Taleh Kazımovla 4 saata yaxın görüşümüz oldu. Bu, ilk dəfə deyildi. Mərkəzi Bank yaxşı bir ənənə yaradıb, iqtisadçılarla, ekspertlərlə tez-tez görüşlər keçirib fikirlərimizi soruşur, tənqidlərimizə diqqətlə qulaq asırlar. Bu dəfə də səmimi, açıq, zaman-zaman maraqlı mübahisələrlə, fikir mübadilələri ilə dolu görüş oldu". Bu barədə ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. Partiya rəhbəri bildirib ki, o, 3 məsələ qaldırıb, hər biri ilə bağlı cavablar alıb: "Hətta 2 vacib problemin həlli ilə bağlı yaxın günlərdə addımlar atılacağını da söylədilər. Son günlər aqrar məhsullar ixrac edib vəsaitin tamamını və ya bir qismini ölkəyə gətirməyən, ya da gətirə bilməyən iş adamlarına qarşı kütləvi şəkildə cinayət işləri açılır, onlarla şəxs saxlanılıb və ya istintaq altındadır. Son aylar ölkədə yeni bir fenomen - “pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq ki, bu da sevindiricidir. Bizim əsas fokus-qrupumuz kiçik-orta sahibkarlardır. Onların güclənməsi, ayaqda möhkəm dayanmaları ölkənin də güclənməsi deməkdir. Buna inanırıq, onların hüquqlarını müdafiə etməkdə davam edəcəyik. Son zamanlar ölkədə minlərlə vətəndaş ölkə banklarının təklif etdiyi "online" platformalar “app”-lər vasitəsilə qiymətli kağızlar bazarında alqı-satqı edirlər, bu trend getdikcə artır. Amma hələ ki, bu əməliyyatların vergilərə cəlbi mexanizmi, yumşaq desəm, mükəmməl deyil, ciddi boşluqlar var, belə davam etsə, bir müddət sonra “app məhbusları” yaranacaq. Sonuncu məsələ, gələn il büdcədə neftin qiymətinin 70 dollar götürülməsinin riskli olması, manatın məzənnəsinə basqı yaradacağını söylədim. Taleh müəllimin yanaşması belə oldu ki, risklər idarəolunandır, devalvasiya təhlükəsi yox səviyyəsindədir. Mərkəzi Bank devalvasiya istəmir və çox güman, 2025-də belə bir təhlükə görünmür". SHERG.az Geri qayıt |