Əsas Səhifə > Güney Press > Paşinyan-Lukaşenko “savaşı” dərinləşir

Paşinyan-Lukaşenko “savaşı” dərinləşir


28-12-2024, 11:18
Paşinyan-Lukaşenko “savaşı” dərinləşir
İrəvan Belarusdakı səfiri Razmik Ovannisyanı geri qaytarmaq niyyətində deyil.

Axar.az xəbər verir ki, bunu “Sputnik Ermənistan” mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, Ovannisyan hələ 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana çağırılıb və o vaxtdan bəri Minskiyə geri dönməyib.

Xatırladaq ki, son dövrlərdə iki ölkə arasında münasibətlər kəskin şəkildə soyuyub. Gərginlik Lukaşenkonun Qarabağ müharibəsinin nəticələri ilə bağlı açıqlamaları fonunda başlayıb. Paşinyan Lukaşenkonu Azərbaycana kömək etməkdə ittiham edib və Ermənistan rəsmilərinə Lukaşenko Belarus prezidenti olduğu müddətdə bu ölkəyə səfər etməyi qadağan edib.

26 dekabrda isə Ermənistanın Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi Şurasının iclasında mübahisə yaranıb.

Geri qayıt