Əsas Səhifə > Güney Press > Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək28-12-2024, 11:38 |
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikintisi 25 781 428 AZN-ə başa gələcək. Pravda.az-ın xəbərinə görə, Ədliyyə Nazirliyi bu məqsədlə "TVM İnşaat" MMC ilə müqavilə bağlamağı planlaşdırır. Qeyd: Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Musa Nizaməddin oğlu Ağayevdir. Şirkətin hazırki dövrədək dövlətə olan borcu 636 248 AZN-dir. Geri qayıt |