Əsas Səhifə > Güney Press > Tiktoker Zəhra ev dustaqlığına buraxıldı
Tiktoker Zəhra ev dustaqlığına buraxıldı29-12-2024, 17:53 |
Tiktoker Zəhra Abbasova ev dustaqlığına buraxılıb. "DİA-AZ" Unikal-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Lakin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə tiktoker barəsində seçilmiş 4 aylıq ibtidai istintaq davam edir. Xatırladaq ki, Zəhra Abbasova bu yaxınlarda polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılmışdı. Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. Qeyd edək ki, Tiktok əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır. Geri qayıt |