Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Səlim Müslümovun Şirvandakı yeni kadrına qarşı ittiham
Səlim Müslümovun Şirvandakı yeni kadrına qarşı ittiham18-04-2014, 15:08 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin özbaşınalıqları haqqında bir neçə gündür ki, Tia.az-a müraciətlər olunur. Bildirilir ki, Şirvan şəhərində aztəminatlı ailələrin dövlətdən ünvanlı sosial yardım alması üçün vətəndaşlardan müəyyən məbləğdə pul tələb olunur. Vəziyyət o həddə çatıb ki, Şirvan şəhər sakinləri əvvəlcə bankdan kreditlər pul götürür, daha sonra isə, o pulla ünvanlı sosial yardım düzəldirlər. Lakin biabırçılıq bununla bitmir. Vətəndaşlardan birinin Tia.az-a müraciətində göstərilir ki, ünvanlı sosial yardım düzələcəyi təqdirdə vətəndaşın sosial təminat kartı 3 və ya 6 ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin müdirində qalmalıdır. Ya pul verməlisən, ya da kartın bir neçə ay onlarda qalmalıdır. Əks təqdirdə, ünvanlı sosial yardım almaq iynə ilə gor eşmək kimi müşkül bir işə çevrilir. Şirvan şəhər sakini Vüqar Əliyev Tia.az-a müraciətində yazır: “Qarabağda döyüşmüşəm, 3 qız atasıyam, anam xəstədir, özüm də heç bir yerdə işləmirəm. Qaravolçu kimi ayda 120 manat pul alıram. Dəfələrlə müraciət etmişəm, amma mənə deyiblər ki, biz sənə ünvanlı sosial yardım verə bilmərik. Niyəsini soruşdum, məni müxtəlif bəhanələrlə uzaqlaşdırırdılar. Lakin 1 həftə əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin adını bilmədiyim əməkdaşlarından biri mənə yaxınlaşıb dedi ki, sənə ünvanlı sosial yardım bir şərtlə düzələ bilər. Gərək ya 300 manat pul verəsən, ya da ki, düzələcəyi təqdirdə kartın 6 ay bizdə qalsın”. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |